İşlənmiş ərazilərdə bina və qurğuların layihələndirilməsi üçün mühəndis-axtarış materiallarında əlavə olaraq nələrin olmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə bina və qurğuların layihələndirilməsi üçün mühəndis-axtarış materiallarında əlavə olaraq aşağıdakılar olmalıdır:
- a) yer səthinin oturması (uçqunların, sürüşmələrin yaranma mümkünlüyü, mövsümi və çoxillik rəqslərinin nəzərə alınması ilə qrunt sularının səviyyəsinin dəyişməsi, ərazinin subasma mümkünlüyü) nəticəsində tikinti sahəsinin geomorfoloji, hidrogeoloji və hidroloji şəraitlərinin dəyişməsinin qiymətləndirilməsi;
- b) meydançanın hidrogeoloji şəraitinin dəyişməsi nəticəsində qruntların fiziki-mexaniki xassələrinin dəyişməsi mümkünlüyünün qiymətləndirilməsi;
- c) köhnə şaquli və maili dağ-mədən qazmalarının ağızlarının yerləşmə yerləri haqqında məlumatlar;
- d) köhnə dağ-mədən qazma və buruq quyuların süxurlarla dolma dərəcəsi, onların sərhədləri (dağ-mədən işlərinin planı olmadıqda) haqqında, süxurların örtmə qalınlığı (süxurun tərkibi, qalınlıqda boşluqların vəziyyəti və onların ölçüləri) haqqında məlumatlar;
- e) təzyiqin artmasında və azalmasında əsasın qeyri-xətti deformasiyalarını xarakterizə edən qruntun sınaqlarının məlumatları;
f) yükləmənin hər mərhələsi zamanındakı deformasiyaların qeyd edilməsi ilə qrunt sınaqların məlumatları.