Əsasın tikinti mühafizə və mühəndis hazırlığı tədbirləri ilə yol verilən normaları aşan konstruksiyaların deformasiyaları və binanın (qurğunun) yana əyilməsi mümkün olan hallarda bina və qurğular onların qeyri-bərabər çökməsini azaldan və yana əyilməsini aradan qaldıran tədbirlər nəzərə alınmaqla, o cümlədən düzəldilmə üsulları tətbiq edilməklə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğuların mühafizə variantları və onların düzəldilməsi üzrə tədbirlər texniki iqtisadi müqayisələr əsasında qəbul olunmalıdır.