Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına Nazirliyin sisteminə daxil olan qurumlara sorğular vermək və onlardan məlumatlar almaq və dövlət orqanları və qurumlarından, habelə təşkilatlardan müvafiq zəruri məlumat və sənədləri almaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında Nazirliyin strukturuna daxil olan qurumlarda fəaliyyət göstərən qulluğa qəbul üzrə müsabiqə komissiyalarının qərarlarına Nazirlik tərəfindən yenidən baxılmasına dair təkliflər vermək və insan resurslarının idarə olunmasına dair təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq da var.