Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində exit-poll keçirəcək.
APA-nın xəbərinə görə, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Bu seçki məntəqələrindən 6-ı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi , 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir.