Həyatımızda qarşımızda bəzi məqsədlər və məsələlər olur ki, biz onları tamamlamalıyıq. Və biz onları tam yerinə yetirmək üçün əvvəlcədən nəyi necə edəcəyimizi planlamalıyıq. Planla hərəkət etmək uğurun yarısıdır. Böyük qalibiyyətlərin arxa fonunda planlı hərəkət durur. Avropa Şurası Parlament Assambleyası fəaliyyətində beynəlxalq riyakarlığın təzahürünü, Azərbaycana qarşı olan qərəzli davranışı bütün dünya dövlətləri bir daha aydın şəkildə gördü. Qabaqcadan planlaşdırılmış addıma gəldikdə isə biz bunun əyani şahidi olduq. Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə, sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Aydındır ki, Fransa və Almaniya tandem şəkilində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsi ilə reallaşdırmağa çalışır. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilar açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, ”Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

Bütün bunlar da göstərir ki, AŞPA-nın son qərarı qabaqcadan planlaşdırılmış addımdır.

 

 

Nazənin Dadaşova

Azərbaycan Dillər Universiteti