HÖRMƏTLİ, TƏHSİL NAZİRİ REKTORLARA VƏ İCRA BAŞÇISINA(?!) İMTAHAN ŞOUSU YAPMAĞI SİZ TAPŞIRMISINIZ?

 

AZTU-da İMTAHAN VERƏN TƏLƏBƏLƏRİ ÇAŞ-BAŞ QOYAN MEDİATUR


AZTU-nun REKTORU MEDIANIN XOŞUNA GƏLMƏK İSTƏYIR

 

ADU-da KİV TƏMSILÇILƏRI IMTAHANIN GEDIŞINI POZURLAR


ADU-da KİV TƏMSİLÇİLƏRİ VƏ EKSPERTLƏR İMTAHAN ZAMANI SUALLAR VERİRLƏR, TƏLƏBƏLƏRİN DİQQƏTİNİ YAYINDIRIRLAR


MILLƏT VƏKILI TAMAM CƏFƏROVA İMTAHAN ZAMANI SÖHBƏT EDİR

 

BDU-nin REKTORU HƏLƏLİK MEDİATURA EHTİYAC GÖRMƏYİB, AMMA İMTAHANIN GEDİŞİNİ ÖZÜ POZUR


BSU-nun REKTORU HƏLƏLİK BU İL MEDİATUR TƏŞKİL ETMƏYİB

RƏCƏB BABAŞOV ÖZÜNÜ REKTOR, BƏLKƏ DƏ TƏHSİL NAZİRİ KİMİ APARIR

ÇOX MARAQLI CÜMLƏ…. “İCRA BAŞÇISI İMTAHANLARIN KEÇİRİLDIYI AUDİTORİYALARDA OLUB, TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB, ONLARLA SƏMİMI SÖHBƏT EDİB (08 yanvar 2024 | 17:08 http://qazax-ih.gov.az/az/news/icra-bascisi-bdu-nun-qazax-filialinda-payiz-semestrinin-qis-imtahan-sessiyasinda-istirak-eden-telebelerle-gorusub.html)

 

BU İMTAHAN ŞOUSUNA EHTİYAC VAR?

 

MARAQLANANLARIN ÜÇÜN DAHA ƏTRAFLI “MƏLUMAT”

19.01.2024  – AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

https://tehsil.biz/news/az/70067/AzTU-da-imtahan-sessiyasn-izlmk-n-mediatur-tkil-olunub-FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib. Əvvəlcə mediatur iştirakçıları AzTU-nun kampusunu ziyarət edib.Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Daha sonra auditoriyalarda imtahanın gedişi izlənilib.

 

22 yanvar, 2024 – ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. Media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV TƏMSİLÇİLƏRİNİ MARAQLANDIRAN SUALLAR CAVABLANDIRILIB.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova keçirilən tədbirlər və imtahan prosesi haqqında məlumat verib. Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanması prosesini izləyiblər.

 

 

08 yanvar 2024 – İcra başçısı BDU-nun Qazax filialında payız semestrinin qış imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb

| http://qazax-ih.gov.az/az/news/icra-bascisi-bdu-nun-qazax-filialinda-payiz-semestrinin-qis-imtahan-sessiyasinda-istirak-eden-telebelerle-gorusub.html

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2024-cü il yanvarın 7-dən başlayıb.Yanvarın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bu dəfə də Bakı Dövlət Universitetinin Qazax filialında olub, imtahanlarda iştirak edən tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb.

İCRA BAŞÇISI IMTAHANLARIN KEÇIRILDIYI AUDITORIYALARDA OLUB, TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB, ONLARLA SƏMIMI SÖHBƏT EDIB. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb.

FILIALIN DIREKTORU ARIF RÜSTƏMOV RAYON RƏHBƏRLIYININ FILIALA OLAN QAYĞISINDAN SÖZ AÇARAQ BUGÜNKÜ NÖVBƏTI SƏFƏRINƏ GÖRƏ MINNƏTDARLIĞINI BILDIRIB. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb.