Yanğın təhlükəsi eyni olan yüklərin saxlanıldığı anbar yerləşgələri texnoloji və ya sanitariya şərtləri baxımından arakəsmələrlə ayrıldıqda, həmin arakəsmələrə dair tələblər layihənin texnoloji hissəsində müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Saxlanma texnologiyasının tələblərindən asılı olaraq yüklərin bilavasitə arakəsmələrlə ayrılmayan anbarlarda ekspedisiyasına, qəbuluna, çeşidlənməsinə, komplektləşdirilməsinə və saxlanılmasına yol verilir. Bu halda əmtəəşünasların, ekspertlərin, anbardarların, keyfiyyətə nəzarət edənlərin, hesabdarların və operatorların iş yerlərinin odadavamlılıq həddi və yanğın təhlükəliyi sinfi normalaşdırılmayan arakəsmələrlə (quraşdırılıb-sökülən və açılıb-yığıla bilən şüşələnmiş və ya bütöv hissəsinin hündürlüyü 1,2 m-dən çox olmayan tor arakəsmələr) mühafizə olunmasına yol verilir.