Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəisi Nazirliyin sisteminə daxil olan qurumlarda insan resursları ilə aparılan işin vəziyyətinin mütəmadi olaraq öyrənilməsini, onlara əməli və metodik köməklik göstərilməsini təmin edir, nəticələr üzrə təkliflər verir, Nazirliyin sisteminə daxil olan aidiyyəti qurumlarla birlikdə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görür, stajorluq və sınaq keçmə işinə nəzarəti həyata keçirir, Baş idarəyə işə yeni qəbul edilmiş şəxsləri təcrübəli əməkdaşlara təhkim edir və onların işinə bilavasitə nəzarət edir
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarəsinin rəisi eyni zamanda Nazirliyin sisteminə daxil olan qurumların işçilərinin müvafiq sahələr üzrə aparatın struktur bölmələrində təcrübə keçməsini təşkil edir, Baş idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir, Baş idarə işçilərinin attestasiyadan keçməsi ilə bağlı nazirliyin Attestasiya Komissiyasına xasiyyətnamələr təqdim edir, vətəndaşları qəbul edir, Baş idarənin səlahiyyətlərinə aid məsələlər üzrə müşavirələr keçirir, Baş idarənin fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir və Baş idarənin strukturuna daxil olan qurumların fəaliyyətini əlaqələndirir.