Operatora təqdim edilən sənədlərdə hər hansı uyğunsuzluq aşkar edildikdə, dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi və qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi xəzinə uçotuna qəbul edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Ödəniş tapşırığı “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə göndərildikdən sonra 2 işi günü ərzində ödənişin aparılması Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən təsdiq edilir. Ödəniş tapşırığı tam olmadıqda və ya hər hansı uyğunsuzluq aşkar edildikdə, xəzinə uçotuna qəbul edilmir. ƏDV depozit hesabı və Dövlət borcu və öhdəlikləri üzrə Təminat Fondunun xərcləri üzrə maliyyə əməliyyatlarının aparılması bu sahədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.