Anbar binalarının yüklərin saxlanıldığı yerləşgələrində pəncərə oyuqlarının sahəsi, yanğın zamanı tüstükənarlaşdırmanın hesablanması yolu ilə təyin olunan sahədən az olmamalı, qalan yerləşgələrdə DTN 2.04-05-in tələblərinə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yüklərin saxlanıldığı yerləşgələrdə qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq tüstükənarlaşdırma nəzərdə tutularsa, bu zaman  pəncərə oyuqlarının qurulmamasına yol verilir. Pəncərə oyuqlarında şüşə bloklardan istifadə olunduqda ümumi sahəsi yanğın zamanı tüstükənarlaşdırmanın hesablanması ilə təyin olunan açılan pəncərə framuqaları qurulmalıdır. Yanğın təhlükəliyi sinfi  CO və C1 olan I,  II,  III və IV dərəcəli odadavamlı binalara bitişik rampaların və talvarların konstruksiyaları yanmayan materiallardan qəbul olunmalıdır.