Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəisi Nazirliyin rəhbərliyinin tapşırığına əsasən ştatdankənar işçilərlə əmək haqqı vəsaiti hesabına müddətli əmək müqavilələrini bağlayır, səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavininə tapşırır, xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir və səlahiyyətləri daxilində digər məsələləri həll edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarə rəisinin Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Baş idarənin rəis müavini ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. Baş idarənin rəis müavini və əməkdaşları öz funksiyalarını vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.