Basqılı çənlər və basqısız çən-akkumulyatorlar yaxşı ventilyasiya olunan və işıqlandırılan, hündürlüyü ən azı 2,2 m olan və isidilən otaqlarda qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Otağın yükdaşıyıcı konstruksiyaları yanmayan materiallardan olmalıdır. Basqılı çənlər və inşaat konstruksiyaları arasındakı məsafə 0,7 m-dən az olmamalıdır; üzgəcli klapan tərəfdən çənlər və inşaat konstruksiyaları arasındakı məsafə 1,0 m-dən az olmamalıdır; çənin üstündən örtüyə qədər məsafə 0,6 m-dən az olmamalıdır.
Çənlərin altında altlıq nəzərdə tutulmalıdır. Altlıqdan çənin dibinə qədər məsafə 0,5 m-dən az olmamalıdır.