Sanitariya normaları və qaydalarına və yanğın təhlükəsizliyi normalarına riayət edilməklə evin həyətyanı sahəsində istilik və (və ya) elektrik təchizatı generatoru, bərk yanacaq anbarı, hovuz, sauna, yay mətbəxi, istixana, həmçinin layihə tapşırığı üzrə Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilən digər yardımçı tikililər də yerləşdirilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.