Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına Məhkəmə-Hüquq Şurası ilə birgə birinci instansiya məhkəmələrinin hakimlərinin hakimlik stajını hesablamaq, şəxsi işlərin hazırlanmasını, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanılmasını, habelə onlarda olan məlumatların yayılmamasını təmin etmək, xidməti vəsiqələri hazırlamaq və qeydiyyatını aparmaq və peşə hazırlığının artırılması, habelə sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya bu vəzifələr vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya vəzifə vakant olduqda həmin vəzifənin icrasının müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə edilməsi ilə bağlı rəsmiləşdirməni həyata keçirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.