Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında tarixə, hüquqa, dövlət quruculuğuna, dilçiliyə və müasir dövrdə nəşr olunan yeni ədəbiyyat nümunələrinə dair Nazirliyin kitabxana fondunu təşkil etmək və hüquqi maarifləndirmə sahəsində Nazirliyin sisteminə daxil olan qurumların fəaliyyətini əlaqələndirmək, bu sahədə görülmüş işlərin, o cümlədən Nazirliyin rəhbərliyinin çıxışlarının uçotunu aparmaq, müvafiq statistik hesabatları tərtib etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında Nazirliyin çap mediası məhsullarının və internet səhifəsinin fəaliyyətini təşkil etmək, habelə sosial media hesablarını idarə etmək və informasiya əldə etmək hüququnun həyata keçirilməsi məqsədilə informasiya sorğularını qanunla müəyyən olunmuş qaydada təmin etmək də əksini tapıb.