Yaşayış və ictimai binaların daxilində qurulmuş bütün otaqlardan müstəqil kanalizasiya buraxıcıları nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın əleyhinə (qəza) kanalizasiya və daxili suaxıdıcı şəbəkələrinin iki müstəqil buraxıcı ilə xarici yağış kanalizasiya şəbəkəsinin bir quyusuna birləşdirilməsinə yol verilir.
Gizli döşənən kanalizasiya sistemlərində və yoxlamalardan əvvəl sahəsi 0,09 m2-dən az olmayan qapaqlar (lyuklar) nəzərdə tutulmalıdır.