Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) tərəfindən maliyyə planlamasının həyata keçirilməsi məqsədilə təşkilatlar hər ayın ilk 5 iş günü həmin ay üzrə büdcə xərcləri üzrə maliyyə tələbatlarına dair məlumatları (büdcə xərclərinin funksional, iqtisadi, inzibati səviyyədə bölgüsü) “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə Operatora göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Zərurət yarandıqda, təşkilat ay ərzində həmin məlumatlarda dəyişikliklər edə bilər.