Dəmiryol nəqliyyatı vasitələri üçün yükləmə-boşaltma rampa və platformaları DÜİST 9238-ə müvafiq layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yüklərin daşınması, boşaldılması, yerləşdirilməsi və sair məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinin keçidi üçün pandusların eni yüklənmiş nəqliyyat vasitələrinin maksimal enindən ən azı 0,6 m artıq olmalıdır. Pandusların mailliyi bağlı yerləşgələrdə yerləşdikdə 16%-dən çox və binadan kənarda yerləşdikdə 10%-dən çox olmamalıdır.