Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına ədliyyə sahəsində mütəxəssislərin hazırlanmasına dair təkliflər vermək və ədliyyə orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında vəzifəyə təqdim edilən, o cümlədən yardımçı vəzifəyə işə qəbul, vəzifədə irəli çəkilmə, rotasiya qaydasında iş yerinin dəyişdirilməsi ilə bağlı namizədin şəxsi keyfiyyətlərini və peşəkarlıq səviyyəsini yoxlamaq və rəy təqdim etmək və Ədliyyə Akademiyasına ali təhsil tələb edən vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar əməli köməklik göstərmək də var.