Fərdi yaşayış evlərində yaşayış otaqlarının, mətbəxin hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmayaraq qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır. Dəhlizlərdə və antresol qurulduqda hündürlük (döşəmədən tavanadək) 2,1 m-dən az olmayaraq qəbul edilir. Fərdi evlər üçün yaşayış otaqlarının və yardımçı sahələrin layihələndirilməsinə tələblər layihə tapşırığına əsasən nəzərdə tutulmalıdır.