Həmid Herisçinin vəziyyəti açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir.
Qeyd edilib ki, Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.