Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı xəbər yalandır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: Xeyr, bu doğru deyil”, – deyə nazirliyin teleqram kanalında bildirilib.

***

saat 21.26

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının vəzifəsindən azad edildiyi bildirilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə bəzi Ukrayna teleqram kanalları məlumat yayıb.

Hələlik məlumat tam təsdiqini tapmayıb.