Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin hüquqları sırasında fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək və Nazirliyin sisteminə daxil olan qurumlar, məhkəmələrin fəaliyyətinin rəqəmsallaşdırılması, elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında Nazirliyin sisteminə daxil olan qurumlar, məhkəmələrin fəaliyyətinin rəqəmsallaşdırılması, elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək və Nazirliyin sisteminə daxil olan qurumlar, məhkəmələrin fəaliyyətinin rəqəmsallaşdırılması, o cümlədən tərəflərindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək də əksini tapıb.