Müxtəlif kateqoriyalı yerləşgələrin anbar binalarında yerləşdirilməsi və onların bir-birindən ayrılması, təxliyə yolları və çıxışlarının, tüstükənarlaşdıran qurğuların, şlüz, tambur-şlüz, pilləkən qəfəsəsi və pilləkənlərin, dam örtüyünə çıxışların qurulması DTN 2.02-01, DTN 3.02-01-in və qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə müvafiq olaraq qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya vasitələri, yanğın barədə xəbərdarlıq sistemləri yanğın əleyhinə təhlükəsizlik normalarının tələblərinə müvafiq nəzərdə tutulmalıdır.