Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında Nazirliyin sisteminə daxil olan qurumların, məhkəmələrin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək, Nazirliyin sisteminə daxil olan qurumların informasiya resurslarının, habelə “Elektron məhkəmə” informasiya sisteminin operatoru funksiyalarını yerinə yetirmək, Nazirliyin sisteminə daxil olan qurumlara və məhkəmələrə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı əməli və metodiki kömək göstərmək və Nazirliyin rəqəmsal informasiya resurslarının, o cümlədən internet saytlarının dayanıqlığını, sorğuların sürətli emalını istifadə rahatlığını və informasiya təhlükəsizliyini təmin etmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında Nazirliyin sisteminə daxil olan qurumlarda, məhkəmələrdə informasiya təhlükəsizliyinin təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək və “Elektron məhkəmə” və Nazirliyin apardığı digər rəqəmsal informasiya resursları üzrə “Qaynar xətt”in işini təşkil etmək və fəaliyyətinə nəzarət etmək də əksini tapıb.