Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına qeydiyyat və notariat fəaliyyəti, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılması üzrə elektron xidmətlərin göstərilməsi işini təmin etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Notariusun bankda depozit hesabının açılmasına, xüsusi notariusun fəaliyyət göstərəcəyi yerə, ezamiyyətə və məzuniyyətə getməsi, xüsusi notariat ofisinin iş reimi, ştat cədvəli, işə qəbul olunan namizədlərlə bağlı razılıq vermək, hüquqi yardım çərçivəsində xarici dövlətlərdən daxil olan mülki və ailə işlərinə dair müraciətlərə baxmaq və qeydiyyat və notariat fəaliyyəti ilə əlaqədar arxiv işini təşkil etmək, arxiv sənədlərinin mühafizəsini təmin etmək də bu vəzifələr sırasındadır.