Qeyri-etik davranışları ilə gündəmə gələn gənc tiktoker xəstəxanaya yerləşdirilib.
Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub, 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-q/əsd nəticəsində ö|dürülüb. Oğlu Nihad Cəlilovun biznesmendir.
Ötən ilin iyulunda vergi borcunu ödəmədiyi üçün Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulması xəbəri də yayılmışdı. Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmışdı. Məlum olmuşdu ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunmuşdu.