Xərclərin müəyyən olunmuş qaydada ixtisarı nəticəsində maliyyə əməliyyatlarının aparılması qaydası açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı həyata keçirildikdə maliyyə əməliyyatları yalnız aşağıda göstərilən xərc istiqamətləri üzrə aparılır:
– əmək haqqı;
– əmək haqqına əlavə;
– pensiya, başqa sosial müavinətlər və ödənişlər;
– dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;
– hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.