Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin fəaliyyət istiqamətlərinə ədliyyə sahəsində xidmətlərin göstərilməsi üzrə vahid siyasətin formalaşdırılmasına dair təkliflər vermək və bu siyasətin həyata keçirilməsində iştirak etmək, ədliyyə sahəsində xidmətlərin inkişafına dair təkliflər vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Notariat fəaliyyətini təşkil etmək, qeydiyyat və notariat sahəsində arxiv işini təşkil etmək də fəaliyyət istiqamətləri sırasındadır.