Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.
Qeyd edək ki, sözgedən yeniyetmə avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır. Sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib.
Qeyd edək ki, “express.xeberler” həmin gəncin sabiqi dövlət xadimi Afiyəddin Cəlilovun nəvəsi olduğu barədə məlumat yayıb.

Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub, 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-q/əsd nəticəsində ö|dürülüb. Oğlu Nihad Cəlilovun  biznesmendir.

Ötən ilin iyulunda vergi borcunu ödəmədiyi üçün Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulması xəbəri də yayılmışdı. Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmışdı. Məlum olmuşdu ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunmuşdu.