Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə,  hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sabunçu Tibb Mərkəzi şəxsin sağlı durumu barədə məlumat da yayıb. Qeyd edilib ki, 29.01.2024-cü il tarixində saat 13:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.