Tullantı sularının onları qəbul edən şəbəkəyə bağlı borularla kənarlaşdırılması təbii axıdılma üsulu ilə nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Xoşagəlməz iyi olmayan, zərərli qazlar və buxarlar ayırmayan istehsalat tullantı sularının birlikdə, açıq novlarla, ümumi hidravlik sifon qoymaq şərtilə təbii axıdılması nəzərdə tutulmalıdır.