Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir və bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.