Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin fəaliyyət istiqamətlərinə qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestrini aparmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Nazirliyin qeydiyyat şöbələri tərəfindən sudan istifadəedənlər birliklərinin və həmkarlar ittifaqlarnın ilk təşkilatlarının dövlət qeydiyyatı işini təşkil etmək, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparmaq da fəaliyyət istiqamətləri sırasındadır.