Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) təşkilatların təqdim etdikləri məlumatları təhlil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Maliyyə tələbatı dövlət xəzinədarlığının həmin ay üzrə maliyyə resursları ilə uzlaşdığı təqdirdə Operator həmin tələbatın ayrılmasının təsdiq edir və bu barədə təşkilat öz şəxsi hesab vərəqəsi ilə məlumatlandırılır. Müvafiq təsdiq proseduru yekunlaşdıqdan sonra kassa məxaric əməliyyatlarının aparılması üçün tələb olunan vəsait təşkilatın xəzinə hesabına köçürülür.