Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin vəzifələri sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Nazirlikdə Çağrı Mərkəzinin fəaliyyətini təşkil etmək və Çağrı Mərkəzinə daxil olan müraciətlərə Nazirliyin struktur qurumlarında baxılması vəziyyətinə dair Nazirliyin rəhbərliyinə məruzələr hazırlamaq var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin bu vəzifələr sırasında ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan, o cümlədən Nazirliyin Çağrı Mərkəzi vasitəsilə edilən şikayətlərlə bağlı Nazirliyin rəhbərliyinin tapşırığına əsasən müvafiq araşdırmanın aparılmasında iştirak etmək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kommunikasiya Strategiyasının, Böhran Vəziyyətlərinin Kommunikasiya Planının və sosial media siyasətinin həyata keçirilməsini təmin etmək də əksini tapıb.