Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin hüquqları sırasına Nazirliyin sisteminə daxil olan qurumlara insan resurslarının idarə edilməsi sahəsində əməli və metodik köməklik göstərmək, həmin qurumlarda insan resursları ilə işin vəziyyətini yoxlamaq, qulluq keçmə ilə bağlı və əmək qanunvericiliyinin icra vəziyyətini öyrənmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması və onların təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsi ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu hüquqlar sırasında ədliyyə orqanlarında etik davranış qaydalarına riayət olunması vəziyyətini yoxlamaq və struktur qurumlarda işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi işinin vəziyyətinin monitorinqini aparmaq da var.