“Fərdi yaşayış evləri. Layihələndirmə normaları” fərdi yaşayış evlərinin layihələndirilməsi, tikintisi və təhlükəsiz istismarına dair əsas tələbləri tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu normaların tələbləri fərdi yaşayış evlərinin daxilində, bitişik və ya həyətyanı sahəsində yerləşdirilən yardımçı tikililərə də şamil olunur.
Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilmişdir:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi;
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” (Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmişdir);
“Elektrik qurğularının quraşdırılması Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-ci il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il 74 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir);
AzDTN 2.1-1 | Yüklər və təsirlər. Layihələndirmə normaları; |
AzDTN 2.3-1 | Seysmik rayonlarda tikinti; |
AzDTN 2.6-1*
| Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması; |
AzDTN 2.12-1 | Qazanxana qurğuları. Layihələndirmə normaları; |
AzDTN 2.12-2 | İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları; |
AzDTN 2.12-4 | Binaların istilik mühafizəsi. Layihələndirmə normaları; |
AzDTN 2.12-6 | Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları; |
AzDTN 2.13-1* | Qaz təchizatı. Layihələndirmə normaları; |
AzDTN 2.15-1 | Bina və qurğuların qrunt əsasları; |
AzDTN 2.15-2 | Svay bünövrələr. Layihələndirmə normaları; |
AzDTN 2.16-1 | Beton və dəmir-beton konstruksiyalar. Layihələndirmə normaları; |
AzDTN 2.17-1 | Daş və armaturlanmış daş konstruksiyalar. Layihələndirmə normaları; |
AzDTN 2.18-1 | Polad konstruksiyalar. Layihələndirmə normaları; |
AzDTN 2.19-1 | Ağac konstruksiyalar. Layihələndirmə normaları; |
AzDTN 2.22-1 | Dam örtükləri. Layihələndirmə normaları; |
DTN 2.02-01-97 | Bina və qurğuların yanğın təhlükəsizliyi; |
DTN 2.03-02-2002 | Ərazi, bina və qurğuların təhlükəli geoloji proseslərdən mühəndis mühafizəsi. Əsas müddəalar; |
DTN 2.04-03-2005 | Səs-küydən mühafizə; |
DTN 2.04-05-95 | Təbii və süni işıqlandırma; |
TN və Q 2.01.09-91 | İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular; |
TN və Q 2.03.11-85 | İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi; |
TN və Q 2.08.02-89* | İctimai binalar və qurğular; |
STN 62-91* | Əlillərin və məhdud hərəkət imkanlı əhali qruplarının ehtiyacları nəzərə alınmaqla həyat fəaliyyəti mühitinin layihələndirilməsi; |
DÜİST 27751-2014 | İnşaat konstruksiyalarının və əsaslarının etibarlılığı; |
DÜİST 30494-2011 | Yaşayış və ictimai binaları. Otaqlarda olan mikroiqlimin parametrləri; |
DÜİST 30244 – 94 | Tikinti materialları. Yanmaya qarşı sınaq metodları. |