Hidropnevmatik çənli nasos qurğularını dəyişən təzyiqli layihələndirmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Çəndə hava ehtiyatının bərpa edilməsi, əl ilə və ya avtomatik işə salınan kompressorlarla, yaxud ümumzavod kompressor stansiyasından həyata keçirilməlidir.
Təsərrüfat-içməli və istehsalat ehtiyaclarının ödənilməsinə su verən nasos qurğuları üçün elektrik təchizatının aşağıdakı etibarlılıq kateqoriyası qəbul edilməlidir:
I – işində fasiləyə yol verilməyən nasos qurğuları üçün;
II – ümumi su axını 5 l/s-dən, hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binaları, həmçinin ehtiyat gücünü əl ilə işə salmaq üçün lazım olan müddətdə işdə qısa fasilə verməyə imkan verən nasos qurğuları üçün.