Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin hüquqları sırasında fəaliyyəti ilə bağlı ictimai maraq kəsb edən məlumatları media, habelə Nazirliyin mətbu nəşrləri və internet səhifəsi vasitəsilə yaymaq, İdarənin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək və əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək məqsədilə təqdimatlar vermək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında işçiləri ölkə daxilində xidməti ezamiyyətə göndərmək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət satınalmalarını həyata keçirmək və vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək də əksini tapıb.