Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vəzifələri sırasında müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların, iş planlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək və Nazirliyin sisteminə daxil olan qurumlarda, məhkəmələrdə müvafiq sahədə rəqəmsal inkişafın və innovasiyaların həyata keçirilməsi ilə bağlı təkliflər vermək və tədbirlər görmək, habelə innovasiya təşəbbüskarlığının təbliğini həyata keçirmək və belə təşəbbüsləri dəstəkləmək var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Həmçinin vəzifələr sırasında innovativ layihələrin həyata keçirilməsi üçün yüksək texnoloji infrastrukturun qurulması, o cümlədən avadanlıq və lisenziyaların alınması, proqram məhsullarının hazırlanması, Nazirliyin sisteminə daxil olan qurumlarda, məhkəmələrdə bu sahədə mütəxəssislərin hazırlanması və digər tədbirlərin görülməsi işində iştirak etmək də əksini tapıb.