Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin vəzifələri sırasına insan resursları ilə işin istiqamətləri ilə bağlı statistik hesabatları aparmaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında Nazirliyin sisteminə daxil olan qurumlarda çalışan işçilərin müvafiq sahələr üzrə aparatın struktur bölmələrində təcrübə keçmələrini təşkil etmək, işçilərin əmək intizamına və etik davranış qaydalarına əməl etməsinə nəzarət etmək və bundan irəli gələn müraciətlərə baxmaq və işçilərin kadr məsələlərinə dair müraciətlərinə baxmaq və ədliyyə işçilərinin vahid məlumat bazasını (reyestrini) aparmaq və mütərəqqi proqram təminatı tətbiq etməklə rəqəmsallaşdırılmasını təmin edərək onu daim yeniləmək də var.