Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəis müavini insan resursları ilə bağlı aparılan işlərə dair Nazirlik üzrə mühüm əmr və sərəncamların, hesabat və metodik tövsiyələrin layihələrini hazırlayır, işçilərin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının nəticələrini təhlil edir və təkliflər verir, andiçmə, stajorluq və sınaq keçmə işlərini təşkil edir, işçilərin müsbət iş təcrübəsinin yayılması üçün təkliflər verir və ştat vahidlərinin komplektləşdirilməsi, onlardan səmərəli istifadə ilə bağlı Baş idarə rəisinə təkliflər verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarə rəis müavini rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işini aparır, Baş idarədə şəxsi işlərin aparılması, əmr və sərəncamların qeydiyyatı, mövcud nomenklatur üzrə sənədlərin toplanması və kargüzarlıqdan irəli gələn digər işlərin icrasını təmin edir, Baş idarənin fəaliyyəti ilə bağlı məsələləri Nazirliyin kollegiyasının müzakirəsinə hazırlayır.