Partlayış-yanğın təhlükəsi olan sexlər üçün müstəqil buraxıcılar və hər birində hidravlik sifonlar qoyulmuş ventilyasiya dik borularına malik, texniki təhlükəsizlik tələbləri nəzərə alınmaqla ayrıca istehsalat kanalizasiyası nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Şəbəkədə havanın dəyişdirilməsi boru kəmərlərinin hündür nöqtələrinə birləşdirilmiş ventilyasiya dik boruları vasitəsilə nəzərdə tutulmalıdır. Tərkibində yanan və asan alovlanan mayelər olan tullantı sularını nəql edən istehsalat kanalizasiyasının məişət kanalizasiyasına və suaxıdıcı sistemə birləşdirilməsinə yol verilmir.