Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Mülki-Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, şikayətə vəkilin orderi də əlavə olunur.
Şikayətin qaytarılması məsələsi birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.