Su-basqı çənləri və basqısız çən-akkumulyatorlar tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su-basqı çənləri və basqısız çən-akkumulyatorlar üçün aşağıdakılar nəzərdə tutulmalıdır:
- a) çənə suyu vermək üçün üzgəcli klapanları olan boru. Hər bir üzgəcli klapan qarşısında bağlayıcı armatur qoyulmalıdır;
- b) suaparıcı boru;
- c) çənə suyun yol verilən ən hündür səviyyəsində birləşdirilmiş daşma borusu;
ç) çənin dibinə və daşma borusuna birləşdirilən sahələrdə bağlayıcı armatura malik buraxıcı boru;
- d) altlıqdan suyu kənarlaşdırmaq üçün boru;
- e) içməli su saxlanan çənlərdə suyun keyfiyyətini saxlamaq üçün soyuq suyun sirkulyasiyasını təmin edən qurğu;
ə) isti suyun götürülməsində fasilələr zamanı həcmli qızdırıcıda (boylerdə) tələb olunan sabit temperaturu saxlamaq üçün sirkulyasiya borusu; sirkulyasiya borusunda bağlayıcı armatur və klapan-tənzimləyicili əks klapanın qoyulması nəzərdə tutulmalıdır;
- f) çəni atmosferlə əlaqələndirən və diametri ən azı 25 mm olan hava borusu;
- g) çənlərdə su səviyyəsi göstəriciləri və məlumatı idarəetmə pultuna ötürən qurğular;
- h) nasos qurğularının işə salınması və açılması üçün çənlərdə su səviyyəsi vericiləri.