Proqnoza görə uçqunların yaranması mümkün olan, həmçinin sürüşmə baş verməsi mümkün olan işlənmiş ərazilərdə bina və qurğuların tikintisinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənən və istifadə olunmuş layların və tektonik pozuntuların (çöküntü altından çıxarılmalar daxil olmaqla) olduğu meydançalarda, həmçinin köhnə dağ-mədən qazmaları və buruq quyuları olan rayonlarda tikintinin vacibliyinə müvafiq texniki-iqtisadi əsaslandırma olduqda və mövcud normativ sənədlərə görə yer səthinin deformasiyalarının proqnozlaşdırması mümkün olduqda yol verilir.