Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin avtomobilində texniki nasazlıq yaranıb, Salyan rayonunda Xələclə Qarabağlı arasında çöllükdə qalıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Təcili yardım briqadası Salyanın Kərimbəyli kəndinə xəstə ilə bağlı çağırılıbmış. Hazırda həkim briqadası çöllük ərazidə soyuq havada problemlə üzləşib, onların özlərinin yardıma ehtiyacı var.