Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına Baş idarənin, qeydiyyat şöbələrinin və notariat ofislərinin fəaliyyəti, Dövlət notariat arxivinin, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlıstatistik hesabatları toplamaq və təhlil etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin fəaliyyət istiqamətləri üzrə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin təşkilində iştirak etmək və Baş idarənin, qeydiyyat şöbələrinin və notariat ofislərinin, habelə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin işçiləri tərəfindən əmək funksiyalarının icra olunmasına nəzarət etmək də bu vəzifələr sırasındadır.