Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.
Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərmanında əksini tapıb.
Fərmana əsasən, “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı da ləğv edilib.
Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.